“Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib. Bu vəzifəyə Oruc Heydərov gətirilib.
O, yeni vəzifəsində Fuad Xəlilovu əvəz edib. F.Xəlilov ötən ilin oktyabr ayından DŞ-ya rəhbərlik edirdi.
Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard" QSC-yə məxsusdur.