“Standard Insurance” Sığorta Şirkətinin ötən ilki ən böyük sığorta ödənişi 24 min manata yaxın olub.
FED.az sığorta şirkətlərinin 2017-ci il üzrə ən böyük sığorta ödənişlərini təqdim edir. “Standard Insurance” Sığorta Şirkətindən FED.az-a bildiriblər ki, ötən il ödənilən ən böyük 3 sığorta ödənişinin hamısı avtomobil qəzası ilə əlaqədar olub.
“Porsche” ilə “Kamaz” toqquşdu və... – 23 min 900 manat
Hadisə ötən ilin sentyabr ayında Bakı şəhərinin Xəzər rayonu ərazisində baş verib. “Porsche Panamera” və “Kamaz” markalı avtomobillərin toqquşması nəticəsində “Porsche Panamera” markalı avtomobilə zərər dəyib. Kasko sığorta növü üzrə şirkətdən 23 min 900 manat ödənilib.
Kasko sığorta növü üzrə 18 min 340 manat...
Növbəti sığorta ödənişi də avtomobil qəzası ilə bağlıdır. Hadisə ötən ilin sentyabr ayında, Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. Hədisədə “Ford Edge” və “Mitsubishi” markalı avtomobillər toqquşub. “Ford Edge” markalı avtomobilə dəymiş zərərə görə sığorta şirkətindən kasko sığorta növü üzrə 18 min 340 sığorta ödənişi edilib.
Ələt-Astara yolunda qəza – 18 min manat ödəniş
Hadisə 2017-ci ilin mart ayında qeydə alınıb. Ələt-Astara yolunda “Lexus ES250” markalı avtomobil dəmir maneələrə çırpılıb. Avtomobilə dəymiş zərərə görə, sığorta şirkəti tərəfindən kasko sığorta növü üzrə 18 min 80 manat ödənilib.
“Standard Insurance” ən böyük sığorta ödənişini açıqladı
09:30
12 Fev 2018