FED.az saytı oxucuların marağını nəzərə alaraq, idman avtomobillərinin kasko sığortasını həyata keçirən sığorta şirkətlərinin siyahısını hazırlayıb.
Yazının hazırlanması ilə bağlı şirkətlər tərəfindən təqdim olunmuş soğunun nəticələrini təqdim edirik.
“Atəşgah Sığorta” şirkəti sorğumuza cavab olaraq bildirib ki, şirkət idman avtomobillərinin kasko sığortasını etməyə hazırdır və indiyək bu sığorta növü üzrə artıq bir neçə avtomobil də sığortalanıb. İdman avtomobillərinin kasko sığortası üzə portfeldə marka və modellər sırasına Chevrolet Camaro, Porshe 911, BMW M6, BMW 328 daxildir.
Şirkətdən bildirilib ki, idman avtomobillərinin kasko sığortasının payı ümumi portfeldə cəmi 0,006% təşkil edir. Baxmayaraq ki, Bakı şəhərində idman avtomobillərinin sayı elə də az deyil. Amma qeyd olunan rəqəm olduqca kiçik bir göstəricidir.
“Atəşgah sığorta” şirkəti idman avtomobilləri üçün tətbiq edilən sığorta tarifi dəhlizini də açıqlayıb. Belə ki, şirkət müşəti tərəfindən müraciət olduqda idman avtomobilinin bazar qiymətinin 3,2% - 5% civarında sığorta tarifi tətbiq edir. Həmçinin bildirilir ki indiyədək sığortalanan idman avtomobilləri üzrə sığorta hadisəsi baş verməyib. Yəni "sport car"lar üzrə ödənilən sığorta ödənişi sıfıra bərabərdir.
“İpək Yolu Sığorta” şirkəti idman avtomobillərinin kasko sığortası ilə bağlı edilən müraciətləri dəyərləndirməyə hazırdır. Şirkətən bildirilib ki, belə avtomobillər üzrə risk mümkün qədər çox oldugu üçün təkliflərə fərdi qaydada yanaşılır. Qeyd olunub ki, şirkətin kasko üzrə sığorta portfelində bir neçə idman avtomobilləri mövcuddur. Bu siyahıda “Range Rover Sport” və digər avtomobillər yer alıb.
“AtaSığorta” şirkətindən bildirilib ki, şirkət ümumiyyətlə idman avtomobillərini sığortalanması təklifini qəbul etmir. Səbəb isə bu avtomobillər üzrə risk dərəcəsinin həddindən artıq yüksək olmasıdır.
Son illərin ən dinamik şirkəti olan “Günay Sığorta” idman avtomobillərinin təklifi daim qəbul etməyə hazıırdır. Qeyd olunur ki, bu avtomobillərlə bağlı müştərilər tərəfindən edilən müraciətlərə fərdi qaydada baxılır. Ümumiyyətlə, “Günay Sığorta” şirkətində kasko sığortası üzrə portfledə idman avtomobilləri müvafiq bir paya malikdir. Porfeldə “Porshe”, “Camaro”, BMW və digər markalar yer alır.
“AXA MBASK” sığorta şirkətindən bildirblər ki, idaman avtomobilin sığortası 2015-ci ildə həyata keçirilib. Lakin hazırda idman avtomobillərini sığortalamırıq. Ehtiyyat hissələrinin baha olması, eyni zamanda, çətin tapılması şirkətə problem yaradır. Bu səbəbdən də bu il hec bir təklifi qəbul etməmişik. Növbəti il ola bilsin ki vəziyyət dəyişsin, “sport car”ların sığortalanması təklifini qəbul edə bilərik.
“Standard sığorta” şirkətindən bildirilib ki, idman avtomobillərinin kasko sığortası edilir. Hətta İndiyədək belə avtomobillər sığortalanıb. Sadəcə hazırda bununla bağlı müracətlər yoxdur.
“A-Group” sığorta şirkətindən də idman avtomobillərini kasko sığortasının edildiyi bildirilib. Şirkət bu sığorta növü üzrə tarifləri avtomobillərin marka və modelindən asılı olaraq fərdi qaydada yanaşma edildiyini vurğulayıb.
“Azərsığorta” şirkəti də bu cür təkliflərə açıqdır. Şirkətdən bildirilir ki, idman avtomobillırinə 3,5-5% civarinda tarif dəhlizi məyyənləşib. İstənilən halda avtomobilə fərdi yanaşma olur. İstənilən halda bu avtomobillərdə risk dərəcəsi yüksək olduğu üçün risklərin əksər hissəsi təkrarsığortaya yönəldilir. Şirkət tərəfindəın indiyədək idman avtomobilləri üzrə sığorta ödənişləri də həyata keçirilib. Mənbənin bildirdiyinə görə, ən sonuncu ödənişin məbləği 50 min manat təşkil edib.
Yeni fəaliyyətə başlamasına baxmaayaraq “Qala Sığorta” şirkəti də bu təkliflərdən qıraqda qalmır. Şirkət istənilən idman avtomobilini kasko sığorta etməyə hazırdır. Təkliflərə fərdi qaydada yanaşılaraq müvafiq tarif müəyyənləşdirilir.
“Xalq Sığorta” bildirilib ki, bu cür avtomobillərin kasko sığortası təklifləri qəbul edilir. Lakin ümumi sığorta portfelində idman avtomobillərinin kasko sığortasınün xüsusi çəkisi olduqca azdır. Buna da səbəb riskin daha yüksəsk olmasıdır.
“Azərbaycan Sənaye Sığorta” şirkəti isə indiyədək idman avtomobilinin kasko sığotasını etməyib. Şirkət müraciət olunğu halda təklifə hazır olduğunu qeyd edir.
“Azsığorta”, ”Əmrah Sığorta”, “Meqa Sığorta” şirkətləri isə ümumiyyətlə idman avtomobillərinin kasko sığortasını etmirlər.
Qeyd edək ki, “Paşa Sığorta” şirkəti sorğunu vaxtında cavablandırmadığı üçün şirkətin bu sığorta məhsulu ilə bağlı məlumatını dərc edə bilmədik.
Digər şirkətlərlə əlaqə saxlamaq mümkün olmadı.
“SPORT CAR”ı hansı şirkətlər sığortalayır – SİYAHI
13:45
1 Dek 2017