Martın 31-də, saat 10:00-da “Silkway Insurance” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Şirkətin daxil olduğu ““Silkway Holding” MMC-nin inzibati binasında olacaq.
Yığıncağın gündəliyi açıqlanmır.
Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19%-i "Silkway Airlines" şirkətinə, 3,52%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.