“Rəvan Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az bu barədə, Sığorta Şirkətinin saytındakı dəyişikliyə istinadən xəbər verir.
Məlumata görə, bu, Şirkətdə büş mühasib vəzifəsində çalışan Fuad Əliyevdir. Beləliklə şirkətdə üzvlərin sayı ikiyə yüksəlib.
Xatırladaq ki, “Rəvan Sığorta” ASC 1998-ci ildə təsis edilib və 5 oktyabr 2009-cu il tarixində sığorta fəaliyyətinə 314 saylı Müddətsiz Lisenziya verilmişdir. Hazırda nizamnamə kapitalı 8,9 mln. manat təşkil edir.