Azərbaycan sığorta bazarının ən etibarlı şirkətlərindən olan “Qala Sığorta” son bir ildə yığımlarının həcmini kəskin artırıb.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 11 aylıq hesabatda “Qala Sığorta”nın daxilolmalarının həcmi 2,1 dəfə və ya 4,394 mln. manat artaraq 8,400 mln. manata çatıb.
Şirkətin qeyd olunan dövr ərzində müxtəlif sığorta hadisələri üzrə verdiyi ödənişlərin həcmi isə 0,318 mln. manat olub.
Qeyd edək ki, “Qala Sığorta” son bir il ərzində yığımlarının illik artım dinamikasına görə şirkətlər sırasında ikinci yerdə qərarlaşıb.
Xatırlada ki, “Qala Sığorta” 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-nə sahib olaraq “Qala Sığorta” ASC olmuşdur.
Şirkət müştərilərinə 5 filial vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan sığortanın bütün növləri üzə, o cümlədən könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər göstərir. Şirkət bazarda 2 illik fəaliyyət göstərməsinə baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkət kimi tanınır.
“Qala Sığorta”da – KƏSKİN ARTIM
14:50
22 Dek 2017