Qala Sığorta” ASC-yə sərnişinlərin icbari fərdi qəza sığortası ilə məşğul olmaq üçün icazə verilib. Bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.
Bununla da sözügedən sığorta növü üzrə icazəsi olan sığorta şirkətlərinin sayı 3-ə çatıb. Digər 2 şirkət “PAŞA Sığorta” və “Silkway Insurance” ASC-lərdir.