“Qala Həyat” sığorta şirkətinin rəhbərliyində yeni təyinat olub. Sığorta şirkətinin direktorlar şurasının yeni sədri Kamal İbrahimov təyin edilib. Məlumata görə, yeni sədr sentyabr ayından etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Kamal İbrahimov 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikasının vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən 2002-ci ilədək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində rəhbər vəzifələr tutub. 2003-2014-cü illərdə “Standard Insurance” Sığorta Şirkətinə rəhbərlik edib. 2006-2007-ci illərdə Azərbaycan Sığortaçılar Assosiyasiyasının Müşahidə Şurasına Sədrlik edib. 2011-ci il tarixindən etibarən “İcbari Sığorta Bürosu”-nun Himayəçilər Şurasının sədri vəzifəsində çalışıb. Yeni təyinata qədər “Standard Bank”ın müşahidə şurasının və “Standard Insurance” sığorta şirkətinin Direktorlar Şurasının Sədri olub.
Fins.az©