“Qala Həyat Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, Direktorlar Şurasının qərarı ilə bu vəzifəyə şirkətin Təftiş komissiyasının üzvü vəzifəsində çalışmış Natiq Həsənov təyin edilib.
Sığorta sektorunda peşəkar kadr kimi tanınan N.Həsənov Azərbaycan Dövlət İqtisad Universitenin məzunudur. O, 2012-ci ildən sığorta sahəsində çalışır.
Qeyd edək ki, bununla da şirkətin İdarə Heyətinin tərkibi aşağıdaki kimi formalaşıb. Azər Əlizadə - İdarə Heyətinin sədri vəsifəsini müvəqqəti icra edən, Natiq Həsənov - İdarə Heyətinin sədr müavini, Savelyeva Tatyana isə İdarə Heyətinin üzvüdür.
Xatırladaq ki, Azərbaycanın ən etibarlı sığorta şirkəti olan “Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.
Cari ilin dekabr ayının 1-nə şirkətinn nizamnaə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.
“Qala Həyat” şirkətinin İdarə Heyətində yeni təyinat
16:47
28 Dek 2017