Azərbaycanın ən iri sığorta şirkətlərindən olan “Paşa Sığorta” satış məntələrinin sayını genişləndirməkdə davam edir.
Şirkətdən FED.az saytına verilən məlumata görə, şirkət Bakıda daha bir satış məntəqəsini açıb. Yeni açılan satış məntəqəsi Bravo Hipermarketində yerləşir.
Bildirilir ki, müştərilər yeni məntəqəyə yaxınlaşaraq hər növ könüllü və icbari sığorta məhsulları barədə məlumat ala, həmçinin avtomobil, əmlak, səyahət sığortasını yerində əldə edə bilərlər.
Qeyd edək ki, “Paşa Sığorta” sığorta yığmlarının həcminə görə bazarın lideridir.
“PAŞA Sığorta” satış məntəqələrinin sayını artırır
00:45
30 Noy 2017