“PAŞA Sığorta” ASC ötən il aktivlərini artırıb.
Şirkətin məcmu aktivləri 2015-ci illə müqayisədə 17,2% artaraq 132 mln. 640,323 min manat olub.
Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 7 mln. 670,249 min manat, qısamüddətli aktivləri 124 mln. 970,074 min manat təşkil edib.
Hesabat dövründə şirkətin öhdəlikləri 40,4% artaraq 60 mln. 598,681 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 60 mln. 61,977 min manat, qısamüddətli öhdəlikləri isə 536,705 min manat təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat, cəmi kapitalı isə 2,9% artaraq 72 mln. 41 min 642,01 manat təşkil edib.
2016-cı ildə “PAŞA Sığorta”nın cəmi gəlirləri 104 mln. 643 min 199,28 manat, cəmi xərcləri 80 mln. 983 min 652,49 manat olub.
Şirkət ötən ili 19 mln. 386 min 918,07 manat xalis mənfəətlə başa vurub.