Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət birləşdirilmiş sığorta xidmətləri toplusu üçün açıq tenderin nəticələri açıqlanıb.
Mərkəzi Bankdan FED.az-a verilən məlumata görə, əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət birləşdirilmiş sığorta paketi proqramı üzrə elan edilmiş açıq tenderdə əsas vəsaitlərin və nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC, nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə isə “AxaMbask Sığorta” ASC qalib elan edilmişdir. Hər iki qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.
“Paşa Sığorta” Mərkəzi Bankın sığortaçısı oldu
13:55
17 Okt 2017