“PAŞA Sığorta” ASC Şamaxı, Tərtər və Naxçıvan şəhərlərində yerləşən nümayəndəliklərini bağlayıb.
Məlumata görə, hazırda “PAŞA Sığorta” müştərilərinə Bakıdakı baş ofisi, “Port Baku Mall” ticarət mərkəzindəki məntəqəsi, eləcə də Gəncə, Xaçmaz, Göyçay, Lənkəran, Zaqatala, Sumqayıt, Bərdə, Şirvan, Şəki və Ağsudakı nümayəndəlikləri vasitəsi ilə xidmət göstərir.
Qeyd edək ki, şirkətin bağlanmış nümayəndəlikləri “Kapital Bank” ASC-nin rayonlardakı filiallarında fəaliyyət göstərib. Həm adı çəkilən bank, həm də sığorta şirkəti “PAŞA Holdinq” MMC-yə daxildir.
Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır.