Azərbaycanda yeni yaradılan “InsurALL” sığorta agentliyinə iki yeni şöbə müdiri təyin olunub.
FED.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, əvvəllər “PAŞA Həyat” sığorta şirkətində çalışan Tural Hüseynov agentlikdə banklarla iş şöbəsinin müdiri, Fərid Məmmədov isə individual şöbənin müdiri təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl agentliyin direktor müavini vəzifəsinə İlkin Orucov təyin edilib.
Xatırladaq ki, T.Hüseynov və F.Məmmədov və İlkin Orucov “PAŞA Həyat” sığorta şirkətinin Satış Departamentində mütəxəssis vəzifəsində çalışıblar. “InsurALL” sığorta agentliyi bu ilin sentyabr ayından fəaliyyətə başlayıb.
“InsurALL” digər sığorta agentliklərindən fərqli olaraq, təkcə avtomobillərin icbari sığortası deyil, bütün sığorta məhsullarının satışını həyata keçirəcək. O cümlədən korporativ və eksklüziv sığorta məhsulları ilə (bank sığorta məhsullarından, girov əmlak və avtomobillərin sığortası) yanaşı, agentlik kənd təsərrüfatı və səyahət sığortası ilə də məşğul olacaq.
“PAŞA Həyat”ın əməkdaşlarına vəzifə verildi
15:35
10 Okt 2017