«PAŞA Həyat Sığorta» ASC-nin yeni təşkilati strukturunun təsdiqindən sonra şirkətdə vəzifə dəyişiklikləri də edilib.
FED.az xəbər verir ki, yeni təşkilatı struktura uyğun olaraq İdarə Heyətinin say tərkibi və vəzifələr yenidən formalaşıb, İdarə Heyəti üzvlərinin sayı 4-dən 3-ə endirilib.
Belə ki, əvvəllər İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Dilara Babayeva yeni struktura uyğun olaraq İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı təyin edilib.
İdarə Heyətinin üzvü olan Lalə Cəfərovanın adı isə İdarə Heyətinin yeni tərkibində yer almayıb. L.Cəfərova yeni strukturda hüquq departamentinin direktoru vəzifəsini icra edəcək.
Beləliklə, şirkətin yeni təşkilatı strukturu aşağıdakı qaydada formalaşdırılıb:
Niyaz İsmaylov - İdarə Heyətinin sədri, İbrahim İbrahimov - İdarə Heyəti sədrinin I müavini, Dilara Babayeva - İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı, Rüstəm Məmmədov isə İdarə Heyətinin üzvü, baş əməliyyat inzibatçısıdır.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC-nin yeganə səhmdarı “PAŞA Holding” MMC tərəfindən şirkətin yeni təşkilati strukturu 15 yanvar 2018-ci il tarixində təsdiq edilib.
“PAŞA Həyat”da vəzifə dəyişikliyi - ADLAR
09:57
5 Fev 2018