“PAŞA Həyat” sığorta şirkəti maarifləndirmə və korporativ sosial məsuliyyət proqramı çərçivəsində bu gündən başlayaraq 11 oktyabra qədər “Sığorta və sığorta mədəniyyəti” mövzusunda növbəti 107-ci təlimini təşkil edib.
Bu barədə Fed.az-a açıqlamasında maarifləndirmə proqramının rəhbəri Pərviz Quliyev bildirib.
P.Quliyevin sözlərinə görə, bu günki təlimdə müxtəlif universitetlərdən 30-a yaxın tələbənin iştirakı gözlənilir: “Təlimdə tələbələrə sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amilllər, sığorta müqaviləsi, təkrarsığorta, sığorta riskləri, dünya və yerli sığorta bazarının vəziyyəti barədə ətraflı məlumatlar veriləcək.
Təlimin sonunda tələbələrə “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunacaq. Bununla yanaşı, həyat sığortası ilə bağlı müvafiq suallara düzgün cavab verən tələbələrə “PAŞA Həyat”ın xüsusi hədiyyələri veriləcək,” – deyə təlimçi qeyd edib.
Qeyd edək ki, ölkənin sığorta bazarında ən uzunmüddətli təlim layihəsinə 2013-cü ilin iyul ayından start verilib. İndiyədək 3000-ə yaxın tələbə bu təlimlərdən yararlanıb.
“PAŞA Həyat” uzunmüddətli layihəsinin növbəti mərhələsinə başlayır
11:46
9 Okt 2017