“PAŞA Həyat Sığorta” ASC-nin yeganə səhmdarı “PAŞA Holding” MMC-nin 15 yanvar 2018-ci il tarixli qərarı ilə şirkətin yeni təşkilati strukturu təsdiq edilib.
FED.az şirkətin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, əvvəlki struktur formasından fərqli olaraq yeni təşkilatı strukturda ciddi dəyişikliklər edilib.
Belə ki, İdarə Heyəti yanında yeni komitələr (strateji idarəetmə; investisiya;), Risklərin idarəedilməsi departamenti, (tərkibində sığorta riski və ehtiyyatların hesablanması; kredit, bazar və likvidlik risklərinin idarəedilməsi; əməliyyat risklərinin idarəedilməsi şöbələri), Anderraytinq və qiymətləndirmə departamenti (tərkibində anderraytinq və təkrarsığorta; qiymətləndirmə və portfel analizi şöbəsi) yaradılıb.
Həmçinin əvvəl Satış kanalları və marketinq departamentinin tərkibində olmuş marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi tamamilə ləğv edilərək marketinq və məhsulun inkişafı şöbəsi ilə əvəz edilib.
“PAŞA Həyat” təşkilatı strukturunu yenilədi
10:21
31 Yan 2018