Struktur bölmə: Maliyyə və satınalma departamenti, Hesabatlılıq şöbəsi - Kiçik mütəxəssis
Əmək/H: Ştat cədvəlinə uyğun olaraq
Son müraciət tarixi: 29.10.2017
İş saatları (iş rejimi): 14:00 -18:00
Vəzifənin öhdəlikləri
•Yığım, sığorta hadisəsi, depozit və digər məlumatların toplanması, yoxlanılması və “Dashboard” faylına yığılması.
•Müvafiq faylda hər məhsul üzrə büdcə proqnozlarının və real göstəricilərin müqayisəsi və cədvəl formasında yığılması.
•Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək.
•Rəhbərliyə təqdim olunacaq “Dashboard” faylına bir sıra yeni əlavələrin edilməsi; cədvəl, qrafik və slaydları əlavə etməklə məlumatları analitik təhlil üçün hazır vəziyyətə gətirilməsi və s.
Namizədə olan tələblər
İş təcrübəsi: Tələb olunmur
Təhsili/ixtisası: Ali və ya orta-ixtisas
Dil bilikləri: İngilis dilində yüksək səviyyədə danışmaq və yazmaq bacarıqları;Rus dilində orta səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları.
Kompüter bilikləri: Excel və PowerPoint proqramından yaxşı səviyyədə, Word və Outlook proqramlarından orta səviyyədə istifadə bacarıqları;
Üstünlüklər: Tələbələrə (iqtisadi ixtisaslar üzrə təhsil alan) üstünlük verilir.
Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, riyazi bacarıqlar, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, proqnoz vermə bacarığı, etibarlılıq və korporativ maraqlara sədaqətlilik, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar: Könüllü tibbi sığorta (3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası)
Vakansiya üçün müraciət qaydası
CV-lər “Hesabatlılıq-Kiçik mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.