“PAŞA Həyat” 2017-cı ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyevin Fed.az-a verdiyi məlumata görə, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin 9 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə 112,192 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,389 mln.manat və ya 81,5% çoxdur.
E.Hüseynquluyev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 38,288 mln. manat həcmində ödəniş edilib. Ödənişlər müvafiq dövrlə müqayisədə 12,691 mln. manat və ya 50% artıb. “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Сari ilin sentyabr ayının 1-nə cəmiyyətin nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edib.
Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi”, “Davamlı Təhsil” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.
“PAŞA Həyat” 9 aylıq maliyyə göstəricilərini açıqlayıb
12:35
11 Okt 2017