Son bir il ərzində Azərbaycanın “Meqa Sığorta” şirkətinin yığımlarının həcmində azalma qeydə alınıb.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 11 aylıq hesabatda şirkətin bu dövrdə müvafiq sığorta müqavilələri üzrə əldə etdiyi daxilolmaların həcmi 16,510 mln. manat təşkil edib.
Şirkətin 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nəzər saldıqda məlum olur ki, bu rəqəm 20,130 mln.manat olub. Nəticədə, son bir illə müqayisədə şirkətin yığımlarının həcmində 3,620 mln. manat və ya 17,98% azalma olub.
Qeyd edək ki, Palatanın sığorta şirkətləri üzrə açıqladığı 11 aylıq hesabata görə, "Meqa Sığorta"nın ödənişlərinin həcmi 2,741 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,14% və ya 109 min manat çoxdur.
Xatırladaq ki, “Meqa Sığorta” şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin 8 regional filialı mövcuddur.
“Meqa Sığorta”nın yığımları azaldı - MÜQAYİSƏ
12:47
22 Dek 2017