"İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2018-ci ilin yanvarın 1-də qüvvəyə minməsi ilə əlaqədar sığorta edənlər tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi müəyyən edilmişdir.
FED.az-ın məlumatına görə, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir ki, bununla əlaqədar dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işsizlikdən sığorta haqları üzrə növbəti ilin dövlət büdcəsində 16,9 mln. manat vəsait proqnozlaşdırılıb.
Marja©
“İşsizlikdən sığorta” haqları üzrə dövlət büdcəsində 16,9 mln. manat vəsait proqnozlaşdırılıb
11:46
23 Okt 2017