Sığorta

“Holdinqlərin sıxıntı ilə üzləşən sığorta şirkətləri birləşməlidir”– MUSTAFA ABBASBƏYLİ

“Holdinqlərin sıxıntı ilə üzləşən sığorta şirkətləri birləşməlidir”– MUSTAFA ABBASBƏYLİ | FED.az
14:16 18 Okt 2017

Son iki ildə yaranan iqtisadi durğunluq sığorta bazarına da təsirsiz ötüşməyib. Belə ki, sığorta şirkətlərinin sayı 28-dən 21-ə qədər azalıb. Sığorta eksperti Mustafa Abbasbəyli müsahibəsində bildirib ki, bu proses davam edəcək. Bununla belə ekspert hesab edir ki, kiçik şirkətlərin bağlanmaq əvəzinə müəyyən birləşmələrə getməsi daha məqsədəuyğun olardı: “Böyük holdinqlərin sığorta şirkətləri müəyyən bazar sıxıntısı şəraitində işləyirlər. Bu şirkətlərin də digər sığorta şirkətləri ilə birləşməsi məqsədəuyğun olar”.

Mustafa Abbasbəylli bildirib ki, Azərbaycanda biznes yanaşması bir qədər fərqlidir və bu özünü sığorta bazarında da biruzə verir: “Hesab edirəm ki, hər bir holdinqin özünün fəaliyyət istiqaməti olmalıdır. Şərt deyil ki, hər bir qrupda həm bank, həm sığorta şirkəti, kənd təsərrüfatı, həm istehsal olsun. Holdinqlər seqmentləşməlidirlər, yəni maliyyə holdinqlərində sığorta şirkəti, bank, sənaye holdinqlərində isə başqa xidmətlər olmalıdır. “Məndə hamısı olsun” yanaşmasından uzaqlaşmalıyıq. Çünki çox işlə birdən məşğul olmaq mümkün deyil”.

fins.az©

Digər xəbərlər