Azərbayacan sığorta bazarının dinamik inkişaf edən şikəti - “Günay sığorta” korporativ sosial məsuliyyət proqramlarının icrasını uğurla həyata keçirir.
FED.az məlumat verir ki, “Günay Sığorta” öz korporativ sosial məsuliyyətini dərindən dərk edərək bir çox layihlərin həyata keçirilməsində, gerçəkləşməsində yaxından iştirak edir.
Belə sosial layihlərdən biri də sabah – 25 noyabr tarixində Bakıda keçiriləcək Azərbaycan Turzim Forumudur. Şirkət bu Forumun sponsoru olaraq tədbirin həyata keçirilməsinə bir daha öz dəstəyini nümayiş etdirir.
Qeyd edək ki, Forum Azərbaycanda fəaliyyət göstərən yerli idarəetmədə olan otel və turizm agentliklərinin iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" 1992-ci ildən fəaliyyət göstərir. 25 illik inkişaf tarixinə malik olan şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.
Dünya sığortaçıları ilə əməkdaşlıq çərçivəsində şirkət Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərib. Eləcə də risklərin bölüşdürülməsi sahəsində dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətləri ilə, o cümlədən "Zurich", "ACE", "Allianz Türkiye", "FM Global", "İnqosstrach", "Azre Təkrarsığorta" və digər tanınmış şirkətləri ilə əməkdaşlığını davam etdirir.
Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Onu da qeyd edək ki, “Günay Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkətə çevrilib.
“Günay Sığorta”nın sponsorluğu ilə Bakıda Turizm Forumu keçiriləcək
01:24
25 Noy 2017