“Günay Sığorta” müştərilərin rahatlığını artırmaq məqsədilə yeni xidmət təqdim edib.
Artıq müştərilər sığorta haqlarını CİB proqramına qoşulmaqla ödəyə bilərlər.
Rahat, çoxfunksiyalı və tamamilə ödənişsiz mobil ödəmə platforması olan “CİB” tətbiqi vasitəsi ilə istifadəçi bir neçə saniyə ərzində sığorta ödənişini həyata keçirə bilər. Ödənişləri sadəcə smartfon vasitəsi ilə həyata keçirmək müştərilərin vaxtlarına qənaət etməsinə imkan yaradır və ödənişləri haqqında istədiyi zaman məlumat ala bilirlər.
Nəzərinizə çatdırırıq ki, bu proqrama qoşulan yeganə sığorta şirkəti Günay Sığortadır.