FED.az xəbər verir ki, Vüqar Babakişiyev “Günay Sığorta”ya yeni sədr təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinin direktoru olub. Son təyinatına əsasən V.Babakişiyev Qəmbər Suvanverdiyevi əvəz edib.
Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan "Günay Sığorta" ASC 28 sığorta növü üzrə müştərilərinə xidmət göstərir.
FED.az olaraq, yaxın günlərdə Vüqar Babakişiyevlə eksklüziv müsahibəni sizə təqdim edəcəyik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır