“Beynəlxalq Sığorta Şirkəti” ASC-nin bağladığı və qüvvədə olan sığorta müqavilələri “Günay Sığorta” ASC-yə ötürülüb. Bununla bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyəti qərar qəbul edib.
Artıq müştərilərə “Günay Sığorta” ASC tərəfindən xidmət göstəriləcək. Sığorta məhsulları və sığorta hadisələri ilə bağlı hər hansı bir sual yaranarsa müştərilər aşağıdakı əlaqə vasitələri ilə “Günay Sığorta” ASC-yə müraciət edə bilərlər.
1. Məlumat mərkəzi: (012) 990
2. E-mail: [email protected]
3. Sayt: www.gunaysigorta.az
4. FB: www.facebook.com/gunayinsurance/
Qeyd edək ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. Hal-hazırda “Günay Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Yevlax, Xudat, Şamaxı və Füzuli şəhərlərində nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.