Hazırda “Bakı Sığorta” ASC-nin məcmu kapitalı 6,6 milyon manat təşkil edir. Nizamnamə kapitalının məbləği isə 8.9 mln manatdır.
Bunu “Marja”ya “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Ramin Məmmədov bildirib.
Şirkət 2017-ci ilin 9 ayını 159 min manat xalis mənfəətlə başa vurub.
Cari ilin yanvar-sentyabr ayları ərzində “Bakı Sığorta”nın topladığı sığorta haqları 1 milyon 79 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 36% çoxdur. Şirkət 9 ayda 212 min manat sığorta ödənişləri həyata keçirib.
©marja.az