Almaniyanın Baden Baden şəhərində işinə başlayan sığortaçıların ənənəvi illik forumu çərçivəsində "Azərbaycan Gecəsi" keçirilib.
FED.az-ın məlumatına görə, "Azərbaycan Gecəsi"nin sponsoru ölkənin yeganə yerli təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” şirkəti olub. Gecəyə Azərbaycandan iştirak edən 12-yə yaxın sığorta və broker şirkətlərinin 24-ə yaxın nümayəndəsi, eləcə də digər xarici qonaqlar qatılıb.
Qeyd edək ki, artıq ənənə halını almış "Azərbaycan Gecəsi" Badendə 3-ci dəfədir ki, təşkil edilib.
“AzRe”nin dəstəyi ilə Badendə "Azərbaycan Gecəsi" keçirilib

12:35
24 Okt 2017