Fevralın 13-də “Azre Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Vergilər Nazirliyindən bildirilib ki, yığıncaq saat 10:00-da, Şirkətin Bakı şəhəri, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ünvanındakı “Bridge Plaza”nın 8-ci mərtəbəsində yerləşən ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə 1 yanvar 2016-cı il tarixinə Cəmiyyətin xalis mənfəəti hesabına onun səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması və hər səhminin nominal dəyərinin müəyyən edilməsi, səhmdarların nizamnamə kapitalında payınım müəyyən edilməsi, Cəmiyyətin aidiyyəti şəxsləri ilə əqdlərin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin İdarə Heyətinə həvalə olunması, nizamnamə kapitalının artırılması və aidiyyəti şəxslərlə bağlı nizamnaməyə dəyişikliklər barədə sənədin təsdiq edilməsi, nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatı ilə əlaqədar bütün tələb olunan sənədlərin, o cümlədən müraciət ərizələrinin imzalanması və müvafiq dövlət orqanlarına təqdim olunması, alınması və Cəmiyyətin rəhbərliyinə təhvil verilməsi üçün üçün səlahiyyətli nümayəndənin təyin edilməsi, Cəmiyyətin rəhbər işçiləri ilə əmək müqaviləsinin imzalanması məsələləri daxildir.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 mln. manatdır. Şirkətin səhmləri 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57%-lik səhmdarıdır.
Report©