"AXA Group” “AXA Mbask” sığorta şirkətinin nizamnamə kapitalını artıracaq.
Məlumata görə, sığorta şirkətinin nizamnamə kapitalı fevral ayında 4,6 milyon manat artırılacaq. Bununla da kapitalın həcmi 24,3 milyon manata çatacaq.
Qeyd edək ki, “AXA MBASK” sığorta şirkətinin nizamnamə kapitalı hazırda 19,7 milyon manat təşkil edir.