Azərbaycanın “Atəşgah“ sığorta şirkətinin ötən il ərzindəki yığmlarının həcmində azalma müşahidə olunub.
FED.az xəbər verir ki, şirkətin 2017-ci il üzrə topladığı sığorta haqlarının həcmi 38,370 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin məcmu yığımları ilə müqayisədə 1,664 mln. manat və ya 4,1% az olub.
Hesabata əsasən, şirkət ötən il üzrə müxtəlif sığorta hadisələrinə görə 15,794 mln. manat həcmində sığorta ödənişi həyata keçirib.
Qeyd edək ki, bu rəqəmlər Maliyyə Bazarlarına Nəzarət Palatasının (sığorta bazarı üzrə təcili məlumatlar əsasında hazırlanmış hesabat) ictimaiyyətə yayımladığı hesabatında əks olunub.
Xatırladaq ki, “Atəşgah” sığorta 1997-ci ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qeyri-həyat sığortasının könüllü və icbari sığorta növləri üzrə xidmətlər göstərir.
“Atəşgah” sığortanın yığımları azaldı - MƏBLƏĞ
11:26
22 Yan 2018