“Atəşgah Sığorta” ASC-nin İdarə Heyəti sədrinə yeni 1-ci müavini təyin edilib. Bu vəzifə Tural Abbas oğlu Ağayevə həvalə edilib.
O, yeni vəzifəsində Vasif Eldar oğlu Əhmədovu əvəz edib.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.