“Atəşgah Sığorta” şirkəti strateji kadr siyasətinə uyğun olaraq gənclərə dəstək məqsədilə yeni "Karyera planlama" proqramının icrasına başlayıb.
FED.az-ın xəbərinə görə, proqram çərçivəsində yeni məzun və hazırda təhsil alan tələbələr üçün bir neçə mövzularda 4-6 günlük təlimlər keçirilir. Təlimlər “Karyera planlaşdırılması”, “Natiqlik” “DİSC modulu” “İş mühitində korporativ etika” “Müsahibəni uğurla keçmək”, “Psixotiplərin təyini”, “Təqdimat bacarıqları” mözvularını əhatə edir. Qeyd edək layihə ilk olaraq ASAN Könüllülər Məktəbinin "ASAN kadr" karyera mərkəzinin dəstəyi ilə başlayıb.
“Atəşgah Sığorta” şirkəti yeni layihənin icrasına başladı
17:27
25 Okt 2017