Azərbaycan sığorta bazarının liderlərindən olan "Atəşgah" sığorta şirkəti səfər sığortası çərçivəsində iri ödənişlər həyata keçirib.
Şirkətdən FED.az-a verilən məlumata görə, Çexiya Respublikasında səfərdə olan sığorta olunan səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alıb və bu səbəbdən ona müalicə xərcləri üzrə ümumilikdə 5 970 Avro məbləğində sığorta ödənişi verilib.
Bundan başqa, Rusiyada səfərdə olan digər müştəri yıxılaraq diz nahiyəsindən xəsarət alıb. Müalicə xərcləri üzrə ümumilikdə 4 168 AZN məbləği həcmində sığorta ödənişi həyata keçirilib.
Digər iki ödəniş isə Türkiyə səfərdə olan şəxslərin səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alması hadisəsinə görə verilib. Belə ki, bu xərclər üzrə müvafiq olaraq 9 691.67 AZN və 5 051 AZN məbləğində sığorta ödənişi həyata keçirilib.
Bu gün səfər sığortası (travel insurance) ən aktual sığorta xidmətlərindəndir. Bu cür sığorta şəhadətnaməsinin əldə edilməsi sığorta olunan şəxsə xarici ölkələrdə olarkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı zaman lazımi maliyyə müdafiəsinə təminat verir.
Xatırladaq ki, artıq “Atəşgah” SŞ –dən səfər sığortasını daha tez və asan - www.ateshgah.com saytı vasitəsilə onlayn əldə etmək mümkündür.
“Atəşgah” sığorta səfər sığortası üzrə 24 880 manat həcmində ödəniş edib
17:09
22 Noy 2017