"Atəşgah Sığorta" şirkəti cari ilin oktyabr ayı ərzində avtomobil sığortası üzrə həyata keçirdiyi ən iri sığorta ödənişinin həcmini açıqlayıb. Fed.az xəbər verir ki, sığorta ödənişi yanmış avtomobilə görə ödənilib. Belə ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində könüllü sığorta növü üzrə sığortalanmış "Mercedes Benz E 320" markalı avtomobil, yanğın nəticəsində zədələnmişdir. Həmin hadisə üzrə müştəriyə 8 530 AZN məbləğində sığorta ödənişi verilib.
“Atəşgah” ən iri sığorta ödənişini açıqlayıb
13:29
3 Noy 2017