“AtaSığorta” şirkətin Direktorlar Şurasına müstəqil üzv qəbul edilib. Fed.az-ın məlumatına görə, adıçəkilən vəzifəyə Rəşad Əliyev təsdiqlənib.
Qeyd edək ki, bununla da “AtaSığorta”nın Direktorlar Şurasında təmsil olunan şəxslərin sayı 3-ə çatıb. Hazırda Direktorlar Şurasının sədri Adıgözəl Ağayev, Direktorlar Şuraşının üzvü isə Rəşad Rəsulludur.
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
©marja.az
“AtaSığorta” rəhbərliyində dəyişiklik

11:08
25 Okt 2017