“AtaSığorta” şirkətinin 2017-ci il oktyabr ayı üzrə sığorta yığımlarının həcmini 1, 646 mln. manata çatdırıb.
Fed.az xəbər verir ki, qeyd olunan dövrdə şirkətin müxtəlif sığorta hadisələri üzrə verdiyi ödənişlərin həcmi 0,476 mln. manat təşkil edir.
Bu məbləg əsasən, kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib. Bununla da, “AtaSığorta” fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib.
Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta”, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir.
Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub.
“AtaSığorta” oktyabr ayının nəticələrini açıqlayıb
17:06
3 Noy 2017