Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında ötən ili iri həcmli ziyanla başa vuran “Amrah Sığorta” şirkətinin ödənişləri yığımlarını 3 dəfədən çox üstələyib.
FED.az xəbər verir ki, 2017-ci ilin yekunlarına görə bu şirkət 21 548 manat sığorta haqqı topladığı halda, ödənişləri 72 446 manat olub.
Xüsusi ilə qeyd olunmalıdır ki, şirkətin yığımlarının həcmində də kəskin azalma müşahidə olunub. Belə ki, 2016-cı ildə “Amrah Sığorta” 62 553 manat topladığı halda 2017-ci ilin nəticələrinə görə bu rəqəm təxminən 2,9 dəfə və ya 41 005 manat azalaraq 21 548 manata düşüb.
Məlumat üçün bildirək ki, “Amrah Sığorta”nın nizamnamə kapitalı 5 milyon manatdır.
“Amrah sığorta”nın yığımları 3 dəfəyədək azaldı
12:34
23 Yan 2018