“Amrah Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini işdən çıxıb.
FED.az Report-a istinadən xəbər verir ki, söhbət Rəşid Salıfovdan gedir.
Hələ ki, onun yerinə təyinat olmayıb. Qeyd edək ki, R.Salıfov 2012-ci il fevralın 14-dən bu vəzifədə idi.
Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis Əli oğlu İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Əmrah Yunis oğlu İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur.