Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "A-Qroup Sığorta Şirkəti" ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 291 manat olan 7 750 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1008006053 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Palatadan verilən məlumata görə, səhmlər “A-Qroup Sığorta Şirkəti” ASC-nin qeydiyyat nömrəsi AZ1007006054 və hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.
Beləliklə, tam yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 1 999 500 manat və ya 25% artacaq.
Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8 005 750 manatdır. Şirkət əsasən tibbi sığorta üzrə ixtisaslaşıb.