Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 485,32 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 44,55% çoxdur.
11 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6% artaraq 178,571 milyon manat olub.
Eləcə də bax: Sığorta şirkətlərinin yığımlar üzrə renkinqi (Yanvar-noyabr, 2018) – CƏDVƏL 1
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 162,418 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 9,6% azdır. Ötən 11 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,6% artaraq 61,721 milyon manata çatıb.
Beləliklə, 2018-ci ilin yanvar-noyabrında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-noyabrında 53,5 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,4 manatdan 34,6 manata qalxıb.