Azərbaycanda ikinci yerli təkrarsığorta şirkətinin yaradılması ilə bağlı sığorta bazarında müxtəlif fikirlər səsləndirilir. Bəzi mənbələr iddia edir ki, təkrarsığorta xidmətləri göstərəcək ikinci yerli şirkət yaxın vaxtlarda fəaliyyətə başlaya bilər, bəziləri isə ümumiyyətlə yaxın iki il ərzində belə bir şirkətin yaradılmayacağını qeyd edirlər.
FED.az olaraq, bu məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq sorğu ünvanladıq.
Palata sorğumuza cavab olaraq bildirib ki, “təkrarsığorta fəaliyyətinə lisenziya almaqla bağlı Palataya rəsmi müraciət daxil olmayıb”.
Qeyd edək ki, hazırda Azərbaycanda yalnız bir təkrarsığorta şirkəti – “AzRe” fəaliyyət göstərir. Sığorta şirkətləri topladıqları sığorta haqqlarının bir hissəsini “AzRe”-yə yönəldərək öz risklərini də sığorta edirlər.
İkinci təkrarsığorta şirkəti yaradılacaqmı? – PALATADAN AÇIQLAMA
15:15
3 May 2018