2019-cu ildən Azərbaycanın bütün ərazisində icbari tibbi sığortanın tətbiqi başlanır. FED.az xəbər verir ki, bu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində həyata keçirilən pilot layihənin yekunlarına dair hesabatından məlum olur.
Hesabatda bildirilir ki, icbari tibbi sığortanın 2019-cu ildə ölkə üzrə tətbiqi üçün bu sahənin maliyyə və hüquqi əsaslarını tənzimləyən normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi vacibdir.
Bu səbəbdən Agentlik təklif edir ki, bu qurum tərəfindən hazırlanmış yeni “İcbari tibbi sığorta haqqında” qanun layihəsi və digər aidiyyəti normativ hüquqi aktların layihələri müvafiq orqanlarla razılaşdırılmaqla qısa zamanda Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilsin.
Xatırladaq ki, indiyədək İTS üzrə pilot layihəsi Mingəçevir və Yevlax rayonlarında icra edilib. Layihə çərçivəsində 1829 sayda ödənişsiz tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.Eləcə də bax: Azərbaycanın 2 rayonunda əhali həkimlərə pul vermir