29 noyabr 2016-cı il tarixində İcbari Sığorta Bürosunun Nizamnaməsinin 6.7-ci bəndinə uyğun olaraq Büronun Himayəçilər Şurasının sədri və sədr müavini növbəti 5 il müddətinə seçilmişdir.
Bu barədə Fed.az-a İSB-dan məlumat verilib.
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri “Axa Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Gözəlova Lana Çingizovnanın və Himayəçilər Şurasının sədr müavini “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Səfərov Tələt Abbasqulu oğlunun, həmçinin Cabbarova Ülviyyə Kərim qızının, Babayev Nurlan Bəxtiyar oğlunun və İsmayılov Orxan Vilayət oğlunun Himayəçilər Şurasının üzvləri olması faktı 08 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təsdiq edilərək dövlət reyestrinə daxil edilmişdir.