İcbarı sığorta növləri üzrə yığımlar 4 milyon 881 min manat və ya 3,01% artaraq 166 milyon 816 min manata yüksəlib. Hesabat ilində şirkətlər tərəfindən qeyd olunan sığorta növü üzrə 57 milyon 815 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 13 milyon 386 min manat və ya 30,13% artım deməkdir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, icbari sığorta bazarının 18,39%-i həyat, 81,61%-i qeyri-həyat sığortası üzrə formalaşıb.
İcbari həyat sığortası (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) üzrə yığımlar illik 36,9 min manat və ya 0,12% artaraq 30 milyon 683 min manat, ödənişlər 1 milyon 875 min manat və ya 87,88% artaraq 4 milyon 9 min manat təşkil edib.
Hesabat ilində şirkətlər tərəfindən icbari qeyri-həyat sığortası növləri üzrə 136 milyon 133 min manat sığorta haqqı toplanıb. Bu da 2015-ci illə müqayisədə 4 milyon 844 min manat və ya 3,69% çoxdur. Həmçinin bu müddətdə şirkətlərin icbari qeyri-həyat sığortası növləri üzrə ödənişləri 11 milyon 511 min manat və ya 27,21% artaraq 53 milyon 806 min manata çatıb.
2016-cı ildə sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapıb.