İcbari avtosığortada son kağız müqavilənin tarixi bitib. Bu barədə Fed.az-a İcbari Sığorta Bürosundan bildirilib. Məlumata görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl (2016-cı il 31 oktyabr, saat 23:59-dək) bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti cari ilin 31 oktyabr tarixində saat 23:59-da bitib. Bununla, kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələri tamamilə dövriyyədən çıxarılıb.
Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri yalnız elektron sənəd formasında bağlanılır.
İcbari avtosığortada son kağız müqavilənin tarixi bitdi

12:34
1 Noy 2017