FED.az xəbər verir ki, bazarda əsas pay bazara liderlik edən «Paşa Həyat» sığorta şirkətinə məxsusdur. Belə ki, hazırda sığorta şirkəti bazarın 73,4%-nə sahibdir. Şirkətin yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,3 milyon manat və ya 52,2% artaraq 136,8 milyon manata çatıb.
«Atəşgah Həyat» sığorta şirkətinin yığımları ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,05 milyon manat və ya 9,6% azalaraq 31,15 milyon manat olub. Şirkətin bazar payı isə azalaraq ötən ilki 24,14%-dən 16,7%-ə düşüb.
«Qala Həyat» sığorta şirkəti isə bazarda təqribən 10% paya malikdir. 2017-ci ilin ilk 11 ayında şirkət 18,6 milyon manat sığorta haqqı toplayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin yığımları 11,07 milyon manat və ya 59,5% azalıb.
Başqa sözlə hazırda həyat sığortası bazarının 73,3%-nə «Paşa Həyat» sığorta şirkəti nəzarət edir. Ötən il bu göstərici cəmi 53,6% təşkil edirdi.
Həyat sığortası şirkətlərinin yığımları (min manat)
Sığorta şirkətinin adı | 2017 | Bazar payı | 2016 | Bazar payı |
Atəşgah Həyat | 31 146 | 16,7% | 32 194 | 24,14% |
Paşa Həyat | 136 798 | 73,4% | 71 457 | 53,6% |
Qala Həyat | 18 606 | 9,9% | 29 673 | 22,26% |
CƏMİ | 186 550 | 100,0% | 133 324 | 100,0% |