Sığorta yığımlarının 146 milyon 538 min manat və ya 30,2%-i, ödənişlərin 94 milyon 979 min manat və ya 40,0%-i həyat sığortasının payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, həyat sığortası üzrə yığımlarda illik 25,81% və ya 30 milyon 60 min manat, ödənişlərdə 42 milyon 745 min manat və ya 81,84% artım qeydə alınıb.
2016-cı ildə yığımların 65,66%-i könüllü, 34,34%-i icbari sığorta növlərinin payına düşüb.