Azərbaycanda maliyyə təşkilatlarının - bank və sığorta şirkətlərinin şəffaflığı, ictimaiyyətə açıq olması onlara inamın əsasını təşkil edir. FED.az sığorta şirkətlərinin dövrü maliyyə hesabatlarını ictimaiyyətə açıqlığını araşdırıb.
Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” qanununun 78.8.-ci maddəsinə uyğun olaraq, sığorta şirkəti illik maliyyə hesabatlarını maliyyə ili başa çatdıqdan 3 ay müddətində müvafiq auditor rəyi ilə birlikdə Azərbaycanda nəşr olunan 2 qəzetdə dərc etdirməli və özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.
Beləliklə, FED.az saytı sığorta şirkətlərinin maliyyə hesabatlarının ictimaiyyətə nə qədər açıq olmaları ilə bağlı araşdıqmanın nəıticələrini təqdim edir.
Məlum olub ki, “Qala Həyat”, “Qala Sığorta”, “AXA MBASK”, “PAŞA Sığorta”, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta”, “İpək Yolu Sığorta”, “Standard İnsurance”, “PAŞA Həyat ”, Meqa Sığorta, “Günay sığorta”, “AtaSığorta”, “Rəvan Sığorta”, “Bakı Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Əmrah Sığorta”, “Xalq Sığorta”, “A-Group”, “AzSığorta” şirkətləri öz rəsmi internet səhfələrində 2011-ci ildən 2017-ci il yanvar ayının 1- olan bütün yerli və beynəlxalq hesabatlarını yayımlayıblar.
Aparılan araşdırma nəticəsində məlum olub ki, adları qeyd olunan şirkətlərdən fərqli olaraq “Azərsığorta” Dövlət Sığorta Kommersiya şirkətinin rəsmi veb səhifəsində (http://www.azersigorta-az.com/rus/index.htm) maliyyə hesabatlarına rast gəlmədik . Şirkətin saytında hesabat xaraklterli heç bir məlumat yerləşdirilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Hansı sığorta şirkəti hesabatını açıqlamır? - ARAŞDIRMA
12:21
10 Okt 2017