Bəs həyat sığortası şirkəti bağlansa, müştəriyə kim zəmanət verəcək? Belə halda müştəri sığorta ödənişini ala biləcəkmi?
Günlərin birində şirkət bağlanır…
Həqiqətən bu sual bir çoxlarımızı narahat edib. Narahatlıq doğuran əsas məsələ isə həyat sığortası şirkəti tərəfindən müştəriyə ödənişin verilib verilməməsidir. Təbii ki, burada söhbət sığorta məbləği az olan məhsullardan gedir. Müştəri düşünür ki, hər ay sığorta şirkətinə cüzi məbləğ ödəməklə 30 min manatlıq sığorta məbləği təminatı əldə edəcək. Bu müştərinin sığorta şəhadətnaməsində də öz əksini tapır. Lakin günlərin birində şirkət bağlanır və müştəri müqaviləsinin davam etməsini və ya ödənişini almaq niyyətinə düşür. Bu zaman təkrarsığorta müştərinin köməyinə çata bilmir. Sadəcə şirkət öz sığorta portfelini digər şirkətə ötürür və müştəri müddətli müqaviləsinin həmin şirkətdə davam etdirir.
Yalnız iri müqavilələr təkrar sığortalanırmış
Həyat sığortasının tarixi fəaliyyəti 200 ildən çox bir dövrə təsadüf edir. Yəni 2 əsr bundan qabaq belə həyat sığortası şirkətləri fəaliyyətə başlayıb, xidmət göstəriblər. Maraqlısı budur ki, indiyədək heç bir həyat sığortası şirkəti müflis olmayıb. Amma təəssüfləndirici haldır ki, bunu banklara və ya digər maliyyə strukturlarına aid edə bilmirik.
Dünya təcrübəsi də göstərir ki, indiyədək yığım sığortası məhsulunu əldə edən müştərilərdən hamısı müddətin sonunda və ya sığorta hadisəsi baş verdiyi halda öz vəsaitlərini alıblar. Yəni elə bir insan yoxdur ki, yığım investisiyasına qoşulsun və nəticədə öz yığımını almasın. Bu nəinki Azərbaycanda, hətta dünyada belə hadisə olmayıb. Bəzi hallar olub ki, şirkət öz fəaliyyət növünü dəyişib, lakin bu prosesin heç bir halda müştərilərə mənfi təsiri olmayıb. Şirkət öz portfelini digər şirkətə ötürür, bununla da həmin müştərilər daha böyük şirkətlərin müştərilərinə çevriliblər.
Azı iki təkrarsığortaçınız olmalıdır
Hər bir sığorta şirkəti ən azı iki təkrarsığorta şirkəti ilə əməkdaşlıq edir. Bu da bir növ sizin zəmanətiniz deməkdir. Çünkü əgər sığorta şirkətində hər hansı maliyyə problemləri yaranarsa təkrarsığorta şirkəti sizin məbləğinizi tam ödəməyə malikdir. Təkrarsığorta şirkətlərinin ən böyük ödənişləri kütləvi sığorta hadisələri üzrə olur. Buna 1912-ci ildə “Titanik” gəmisinin batması nəticəsində və 2001-ci il 11 sentyabr hadisələrinə görə verilən sığorta ödənişlərini misal gətirmək olar. Bütün bunlar bir daha sübut edir ki, həyat sığortası şirkətləri rəqabətə davamlı olmaqla öz ayaqları üstündə möhkəm dayana bilirlər.
Onu da qeyd edək ki, ən kiçik sığorta şirkətinin öz öhdəliyini yerinə yetirmədiyi halda bu kütləvi inamsızlığa gətirə bilər. Bu isə ümumü sığorta olunanları – müştərilərini itirməsirməsi ilə nəticələnə bilər. Bu səbədən də təkrarsığorta sistemi yaradılıb.
Məxsusi olaraq FED.az saytı üçün Elnur Hüseynquluyev
"PAŞA Həyat Sığorta", PR manager
"PAŞA Həyat Sığorta", PR manager